Bakıda bu il 2767 avtobus və taksi sürücüsü məsuliyyətə cəlb edilib

Posted by

Bakıda bu il 2767 avtobus və taksi sürücüsü məsuliyyətə cəlb edilib

Bakıda bu il 2767 avtobus və taksi sürücüsü məsuliyyətə cəlb edilibBakıda bu il 2767 avtobus və taksi sürücüsü məsuliyyətə cəlb edilib

Bu ilin 8 ayı ərzində Bakıda yol polisi əməkdaşları tərəfindən sərnişindaşıma sahəsində həm avtobus, həm də taksi sürücüləri arasında nizam-intizamın yaradılması məqsədilə 2767 sürücü inzibati məsuliyyətə cəlb edilərək barələrində protokol tərtib edilib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYP) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.
Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı şəhəri ərazisində yol polisi tərəfindən keçirilmiş tədbirlər zamanı 8 ay ərzində yol hərəkəti qaydalarının pozulmasına görə ümumilikdə 522840 inzibati protokol tərtib edilib.
Bunlardan 2149-u avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi, 3034-ü qəza şəraitinin yaradılması, 1481-i polisin əmrinə tabe olmama, 9436-sə işıqforun qırmızı işığında hərəkət edilməsi, 92-i dəmiryolla kəsişən yolda yol hərəkəti qaydalarının pozulması, 8894-ü sürət həddinin aşılması, 1508-i avtomobilin dövlət nömrə nişanı olmadan idarə edilməsi, 172-si xüsusi təyinatlı avtomobillərin (polis, yanğınsöndürən, təcili tibbi yardım və s. ) hərəkəti zamanı sirenə yol verilməməsi, 2905-i ötmə-manevretmə qaydalarının pozulması, 36881-i yolayrıcını keçmə qaydalarının pozulması, 200-ü avtoxuliqanlıq, 3551-i isə avtomobilin sürücülük vəsiqəsi olmadan idarə edilməsi ilə bağlı olub. Bundan əlavə, əhali arasında qoşa xətt kimi tanınan üfüqi nişanlanma xəttinin tələbini pozub əks istiqamətli yol zolağına daxilolmaya görə 28759 prokotol tərtib edilib ki, bu da ümumi hadisələrin 17 faizini təşkil edir.
Bölmə rəisi onu da qeyd edib ki, 8 ay ərzində paytaxtda yol hərəkəti qaydalarını pozduqlarına görə 92079 piyada inzibati məsuliyyətə cəlb edilib. Digər qayda pozuntularına (sükan arxasında telefonla danışma, təhlükəsizlik kəmərinin taxılmaması, avtomobilin texniki baxışdan keçirilməməsi və s.) görə isə 231648 inzibati prokotol tərtib edilib.
Qeyd edək ki, 2013-cü ilin 8 ayı ərzində Bakıda 657 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 224 nəfər ölüb, 697 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.