Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclası keçiriləcək

Posted by

Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclası keçiriləcək

Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclası keçiriləcəkBakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclası keçiriləcək

Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən dekabrın 18-də Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclası keçiriləcək. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Bakıda keçiriləcək islas dekabrın 20-dək davam edəcək. İclasda iki ölkə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
Qeyd edək ki, Yüksək Səviyyəli Hərbi Dialoq İclası 2007-ci ildən ildə bir dəfə olmaqla keçirilir. Nümayəndə heyətlərinə Azərbaycan tərəfdən müdafiə nazirinin müavini, Türkiyə tərəfdən isə Silahlı Qüvvələrin Baş Qərargahının II rəisi sədrlik edir.

Yüksək Səviyyəli Hərbi Dialoq İclası çərçivəsində Siyasi-Hərbi Yardımçı İşçi Qrupu, Müdafiə Sənayesində Əməkdaşlıq üzrə Yardımçı İşçi Qrupu və Maddi-Texniki Təminat üzrə Yardımçı İşçi Qrupu fəaliyyət göstərir.