Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşü başlayıb
Bakıda Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Rəşid Meredov arasında görüş başlayıb.
APA-nın məlumatına görə, əvvəlcə nazirlər arasında ikitərəfli görüşlər keçiriləcək, daha sonra danışıqlar üçtərəfli formatda davam etdiriləcək.
Görüşdə enerji, iqtisadiyyat, əməkdaşlığın genişlənməsini və digər məsələlər müzakirə olunur.
Danışıqlardan sonra nazirlər mətbuat konfransı keçirəcəklər.
Apa.az