Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu təşkil ediləcək
28 fevral – 1 mart tarixlərində Qazaxıstan Respublikasının Manqistau vilayətinin akimi Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcəkdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Qazaxıstan nümayəndə heyətinin bir sıra rəsmi görüşləri keçiriləcək, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan biznes forumu təşkil ediləcəkdir.
Qazaxıstan nümayəndə heyəti səfər zamanı bir sıra müəssisələrdə də olacaqdır.
Trend.az