Bakıda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin büro iclası keçirilmişdir

Posted by

Martın 28-də Milli Məclisdə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin büro iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iclası açan komitənin həmsədri, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Azərbaycanın hər zaman Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini bildirmişdir. O demişdir ki, bu gün Azərbaycan ilə Avropa İttifaqının bir çox ölkələri arasında səmimi dostluq münasibətləri vardır. V.Ələsgərov əmin olduğunu bildirmişdir ki, ikitərəfli görüşlərdə aparılan müzakirələr mövcud münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəkdir.

Komitənin Çexiyadan olan digər həmsədri Milan Kabrnox bildirmişdir ki, Azərbaycan Avropa İttifaqı ilə sıx əməkdaşlıq edən dost ölkədir. Qurum Azərbaycanı demokratik ölkə kimi tanıyır. Aİ Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir.

İclasda Azərbaycan nümayəndə heyəti və Avropa İttifaqı parlamentinin üzvləri arasında aktual məsələlərə dair fikir mübadiləsi aparılmışdır.

AzərTac.az