Bakıda IACA-nın Assambleyasının III sessiyası keçirilir

Posted by

Bakıda IACA-nın Assambleyasının III sessiyası keçirilir

Bakıda IACA-nın Assambleyasının III sessiyası keçirilir

Bakıda IACA-nın Assambleyasının III sessiyası keçirilir

Bakıda Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) Assambleyasının üçüncü sessiyası keçirilir.

 

Trend xəbər verir ki, tədbirə 43 ölkədən 130-dan çox nümayəndə, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlar – Avropa Şurası, Avropa İttifaqı, Korrupsiyaya qarşı Dövlətlər Qrupu, (GRECO), Avropa Komissiyasının Dələduzluqla mübarizə üzrə Avropa bürosunun rəhbərləri, müstəqil antikorrupsiya qurumlarının rəhbərləri, ədliyyə və daxili işlər nazirləri qatılıblar.

 

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Antikorrupsiya Akademiyasının icraçı katibi və dekanı Martin Kreutner bildirib ki, Akademiya sürətlə inkişaf edir və artıq dünya əhalisinin üçdə ikisini əhatə edir. O, Azərbaycanın IACA-ya qoşulduğu vaxtdan onun işində fəallığını bildirməklə bu mötəbər tədbirə ev sahibliyini təqdirəlayiq adlanırıb. M.Kreutner bu tədbirin Akademiyanın təşkilat kimi möhkəmlənəcəyinə böyük təkan verəcəyini qeyd etməklə ölkəmizin bu məsələdə dəstəyini və tədbirin təşkilini yüksək dəyərləndirib.

 

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov regionun aparıcı dövləti olan, demokratik imicini gücləndirən Azərbaycanın yenidən nüfuzlu beynəlxalq təşkilat sayılan IACA-nın təşkilatçılığı ilə keçirilən tədbirə ev sahibliyi etməsinin hüquq ictimaiyyəti üçün əlamətdar hadisə olduğunu qeyd edib.

 

O, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə korrupsiyaya qarşı mübarizə sahəsində səmərəli əməkdaşlığın digər məsələlərlə yanaşı prioritetlər sırasına daxil edilməsinin dövlət başçısı cənab İlham Əliyevin güclü siyasi iradəsinin nəticəsi olduğunu bildirib.

 

Baş prokuror qeyd edib ki, Azərbaycan bütün beynəlxalq təşkilatlar kimi, Beynəlxalq Antikorrupsiya Akademiyasının da fəaliyyətinə çox böyük önəm verməklə bu mötəbər tədris ocağı ilə sıx əlaqələr yaradır və təşkilatın üzvü kimi üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir.

 

Onun sözlərinə görə, Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində mütərəqqi qanunvericilik bazası yaradılıb. Ölkədə bu istiqamətdə mühüm islahatlar həyata keçirilib və bu gün də davam edir. Ümumbəşəri sosial bəla olan korrupsiya ilə mübarizə sahəsində səmərəli əməkdaşlıq dövlətimizin prioritetləri sırasındadır.

 

Baş prokuror Assambleyanın yığıncağının qlobal səviyyədə əməkdaşlığın bundan sonra da dərinləşməsinə zəmin yaradacağına, dünyada korrupsiyaya qarşı mübarizə sahəsində proseslərə töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

 

Sessiyanın növbəti günü regional qruplar üzrə əlaqələndirmə görüşləri keçiriləcək, Beynəlxalq Antikorrupsiya Akademiyasının müvafiq qurumlarının hesabatı müzakirə ediləcək. Eyni zamanda, 2015-ci il üçün işçi proqram və büdcə qəbul ediləcək. Akademiyanın gəlirlərinin artırılması üzrə fəaliyyəti, proqramlar üzrə hesabatlar dinləniləcək.

 

Tədbirin son günü regional qrupların əlaqələndirmə görüşləri davam etdirilərək Akademiyanın ümumi siyasəti və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı dəyərli məsləhətləşmələr aparılacaq, Assambleyanın 4-cü sessiyasının ilkin gündəliyi nəzərdən keçiriləcək və tədbirin rəsmi bağlanış mərasimi olacaq.

 

Tədbir çərçivəsində qonaqlar Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzi və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti ilə yaxından tanış olacaqlar.

 

IACA-nın sessiyası çərçivəsində keçirilən ikitərəfli görüşlər zamanı dövlət başçısının rəhbərliyi ilə uğurla başa çatan məhkəmə-hüquq islahatları, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə qonaqlara ətraflı məlumat veriləcək.

 

Tədbir noyabrın 21-dək davam edəcək.

 

Qeyd edək ki, Beynəlxalq Antikorrupsiya Akademiyası BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasının implementasiyası çərçivəsində həmin Konvensiyaya üzv olan dövlətlərin 2009-cu ilin noyabr ayında Qətərin Doha şəhərində keçirilmiş 3-cü illik konfransının qərarına əsasən yaradılıb.

 

Trend.az