Bakı sürücülərinin nəzərinə: Aeroport şossesinin bir hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılır

Posted by

Aeroport şossesinin bir hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılır.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, bu gün saat 11:00-dan başlayaraq yol cizgiləri və yol göstərici xətlərin yenidən rənglənməsi ilə əlaqədar Sabunçu qovşağından Hava Limanı qoşağına qədər olan yol hissə-hissə əlavə yol verilməklə bağlanacaq.

Həmin yolun bu gün saat 18:00-da açılacağı gözlənilir.

Qeyd edək ki, dünən də Böyükşor – Hava limanı avtomobil yolunun Heydər Əliyev adına Hava limanından Sabunçu yol qovşağına qədər olan hissəsində yol cizgiləri və yol göstərici xətlərin yenidən rənglənməsi ilə əlaqədar Böyükşor – Hava limanı avtomobil yolunun Heydər Əliyev Hava Limanından “Buta Palace”-a qədər olan hissəsində qismən (2 zolaq), “Buta Palace”-dan Sabunçu yol qovşağına qədər olan hissəsində isə hərəkət tam məhdudlaşdırılmışdı.

Trend.az