Bakı Metropolitenində qış qrafikinə keçid vaxtının detalları açıqlandı

Posted by

Bakı Metropolitenində qış qrafikinə keçid vaxtının detalları açıqlandıBakı Metropolitenində qış qrafikinə keçid vaxtının detalları açıqlandı

Bakı Metropolitenində qış qrafikinə keçid vaxtının detalları açıqlandı

“Bakı Metropolitenində qatarların hərəkətində qış qrafikinə keçidin tarixi müxtəlif illər üzrə dəyişir. Qış qrafikinə keçid adətən sentyabr ayında məktəblərdə dərslər başlamamışdan bir neçə gün qabaq, sentyabr ayının 10-12-si tarixləri arasında olur. Böyük ehtimalla bu il də qış qrafikinə keçid həmin ərəfədə olacaq”.

Bunu Trend-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Şöbə rəisi qeyd edib ki, qrafiklərin dəyişməsi zamanı əsas amil sərnişinlərin sıxlığıdır: “Belə ki, sərnişin sıxlığı çox olduqda yeni qrafikə keçid daha tez də başa tuta bilər”.

 

N.Paşayev bildirib ki, hazırda qış qrafikinə keçidlə bağlı bütün metropoliten üzrə təmir işləri və hazırlıqlar davam edir və artıq yekunlaşmaq üzrədir: “Yay qrafikinə keçdikdən sonra “Elmlər Akademiyası” stansiyasında əsaslı təmirə dayandırılmış eskalatorla bağlı işlər demək olar ki, tam başa çatıb. Hazırda həmin eskalator sınaq yürüşündədir. Eskalator qış qrafikinə keçdikdən sonra sərnişinlərin istifadəsinə veriləcək. Bundan əlavə, Gürcüstanda hər biri 5 vaqondan ibarət 3 qatar modernizasiya olunub. Hazırda daha bir qatar Tbilisidə modernizasiya olunur, digəri isə ora göndərilməsi üçün hazırlanır”.

 

Metropolitenin sözçüsü qatarlar arasındakı interval məsələsinə də aydınlıq gətirib: “Qış qrafiki zamanı xətlərə 30 qatar buraxılırdısa, yay qrafikinə keçiddən sonra onların sayı 24-ə endirilmişdi. Qış qrafikinə keçəndən sonra xəttə buraxılan qatarların sayını yenidən artıracaq, qatarlar arasında intervalı isə azaldacağıq. İnterval yenə də sərnişin sıxlığı nəzərə alınmaqla 2-3 dəqiqə təşkil edəcək”.

Qeyd edək ki, iyunun 17-dən etibarən Bakı Metropolitenində qatarlar yay qrafikinə uyğun hərəkət etməyə başlayıb. Yay qrafikinə keçid sərnişin sıxlığının azalması ilə əlaqədardır. Belə ki, qış vaxtında metropolitendən təxminən 700 min sərnişin istifadə edirsə, yay mövsümü zamanı bu rəqəm 400-450 minə enir. Mövsümlə əlaqədar qatarlar arasında interval da artıb. Hazırda qatarlar sərnişinlərin sıxlığı nəzərə alınmaqla 4-6 dəqiqə intervalla hərəkət edir. Günün pik saatlarında isə hərəkət qrafiki qışda olduğu kimi qalır.

 

Trend.az