Bakı Metropoliteni iki yeni stansiyanı istismara verməyi planlaşdırır
“Bakı Metropoliteni” QSC “bənövşəyi” xəttin ilk iki stansiyasının – “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarının açılması üzrə planlarını saxlayır. Bunu Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, qeyd edilən stansiyaların yaradılması çərçivəsində əsas tikinti işləri demək olar başa çatıb: “Hazırda zəruri avadanlıq, sistemlərin quraşdırılması və stansiyaların abadlaşdırılması üzrə işlər aparılır”.
N. Paşayev əlavə edib ki, stansiyaların tikintisi üzrə işlər davam edir: “Plana uyğun olaraq onların artıq bu iı istismara verilməsi planlaşdırılır.
Qeyd edək ki, Bakı Metropoliteninin “bənövşəyi” xətti 12 stansiyadan ibarət olacaq.
Trend.az