Bakı Humanitar Forumunda Rusiya nümayəndə heyətinə Valentina Matvienko başçılıq edəcək
Oktyabrın 2-3-də Bakıda keçiriləcək növbəti Beynəlxalq Humanitar Forumda Rusiya nümayəndə heyətinə RF Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matvienko başçılıq edəcək. Bunu cümə günü Trend-ə diplomatik mənbə deyib.
Mənbə qeyd edib ki, bu il Rusiyanın geniştərkibli nümayəndə heyətinə V.Matvienko başçılıq edəcək ki, bu da ötən illərlə müqayisədə nümayəndə heyətinin statusunun artmasından xəbər verir.
Forumun saytında deyilir ki, illik Bakı Forumu oktyabrın 2-3-də baş tutacaq, oktyabrın 4-5-də isə Naxçıvan, Lənkəran, Qəbələ və Qubaya turlar təşkil ediləcək.
Forumda Nobel mükafatı laureatları, tanınmış siyasətçilər, ictimai-siyasi dairələrin nümayəndələri, elm və mədəniyyət xadimlərinin iştirakı planlaşdırılır.
Trend.az