Bakı Şəhər İcra Hakimiyyətindən bağçalar üçün yeni qərar

Posted by

Bakı Şəhər İcra Hakimiyyətindən bağçalar üçün yeni qərar

Bakı Şəhər İcra Hakimiyyətindən bağçalar üçün yeni qərar

Bakı Şəhər İcra Hakimiyyətindən bağçalar üçün yeni qərar

Bakı Şəhər İcra Hakimiyyəti tabeliyindəki bağçalarda çalışan işçilər üçün vahid geyim forması tətbiq edib.

İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisəsindən Trend-ə bildirilib ki, geyimin tətbiq olunmasında məqsəd uşaqlarla işləyən işçilərin ekoloji baxımdan təmiz geyimlə, eyni zamanda, onların rahat şəraitdə işləməsini təmin etməkdir.

 

Pambıq parçadan hazırlanan geyimlər müxtəlif rənglərdədir.

 

Eyni bağçada çalışan işçilər eyni stildə, lakin müxtəlif rənglərdə hazırlanan geyimlər geyinirlər.

Müəssisədən bildirilib ki, bağçalarda işləyən müəllimlər, dayələr, eləcə də texniki işçilərin hamısına vahid forma verilsə də, onları bir-birindən fərqləndirmək üçün geyimlərinin üzərinə inisiallar vurulacaq.

 

Trend.az