Bakı Şəhər İcra Hakimiyyəti: “Bakı Metropoliteninin 11 stansiyasında ticarət köşkləri tamamilə sökülüb”

Posted by

Bakı Şəhər İcra Hakimiyyəti: “Bakı Metropoliteninin 11 stansiyasında ticarət köşkləri tamamilə sökülüb”

Bakı Şəhər İcra Hakimiyyəti: “Bakı Metropoliteninin 11 stansiyasında ticarət köşkləri tamamilə sökülüb”

Bakı Şəhər İcra Hakimiyyəti: “Bakı Metropoliteninin 11 stansiyasında ticarət köşkləri tamamilə sökülüb”

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sərəncamına əsasən qurumun icra strukturlarının nəzarəti altında həyata keçirilən söküntü işləri sabah tamamilə yekunlaşacaq

 

“Dünəndən bəri görülən tədbirlər nəticəsində Bakı Metropoliteninin 11 stansiyasında ticarət köşkləri tamamilə sökülüb. Həmin stansiyalarda gediş-gəliş üçün çətinlik yaradan artıq heç bir avadanlıq, köşk qalmayıb”.

 

Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov bildirib.

 

Ə. Bağırov deyib ki, söküntü işləri Bakı Metropolitenin “Sahil”, “28 May”, “Ulduz”, “Koroğlu”, “Nəsimi”, “Azadlıq” və daha bir neçə stansiyasında həyata keçirilib. O, həmçinin qeyd edib ki, hazırda “20 Yanvar” və “Memar Əcəmi” stansiyalarında köşklərin sökülməsi prosesi davam edir.

 

Ə. Bağırov vurğulayıb ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sərəncamına əsasən qurumun icra strukturlarının nəzarəti altında həyata keçirilən bu işlər sabah yekunlaşacaq: “Bakı Metorpolitenində heç bir ticarət obyekti qalmayacaq”

 

Qeyd edək ki, həmin sərəncama əsasən, martın 28-nə qədər Bakı Metropoliteninin bütün stansiyalarının giriş-çıxışlarında olan obyektlər söküləcək.

 

BŞİH rəhbərliyinin Metropoliten ərazisində fəaliyyət göstərən obyekt sahibləri ilə əldə etdiyi razılığa əsasən, sahibkarların işlə təmin edilmələri və digər ticarət obyektlərinə köçürülmələri üçün təkliflər edilib. Sahibkarlara Yeni Günəşli qəsəbəsindəki ticarət mərkəzlərində, “Keşlə”, “Yaşıl” və “Şərq” bazarlarında yer təklif olunur. Bu təkliflə razılaşacaq sahibkarlardan 3 ay müddətində dövlət rüsumu alınmayacaq.

 

Qeyd edək ki, Bakı Metropolitenində 1194 ticarət obyektinin sökülməsi planlaşdırılıb.

 

Apa.az