Bakı Dövlət və Tehran universitetləri arasında anlaşma memorandumu imzalanıb

Posted by

Bakı Dövlət və Tehran universitetləri arasında anlaşma memorandumu imzalanıbBakı Dövlət və Tehran universitetləri arasında anlaşma memorandumu imzalanıb

Bakı Dövlət və Tehran universitetləri arasında anlaşma memorandumu imzalanıb

Tehran Universitetinin rektoru Mahmud Nili Əhmədabadi, rektorluğun müşaviri doktor Əhmədrza Xəzri və beynəlxalq əlaqələr üzrə prorektor doktor Məhəmmədbaqir Qəhrəmani Bakı Dövlət Universitetində olublar.

 

Trend-in məlumatına görə, rektor, akademik Abel Məhərrəmov ilk dəfə BDU-da olan qonaqlara bu təhsil ocağının tarixi, elmi nailiyyətləri, təhsilin inkişaf prespektivləri və beynəlxalq əlaqələri haqqında məlumat verib.

 

Tehran Universitetinin rektoru doktor Nili Əhmədabadi öz növbəsində Bakı Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə edib və əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.

 

Görüşdə universitetlərarası əməkdaşlıq, müəllim və tələbə mübadiləsi məsələləri müzakirə edilib.

 

Görüşün sonunda universitetlərarası əməkdaşlıq üçün anlaşma memorandomu imzalanıb.

 

Qeyd edək ki, M.Nili Əhmədabadi Bakıya Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun dəvətilə BDU-nun 95 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün səfər edib.

 

Səfər çərçivəsində M.Nili Əhəmabadinin Təhsil Nazirliyində, Xəzər Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasında bir sıra görüşlər keçirməsi də nəzərdə tutulub.

 

Trend.az