Bakı bulvarı dünyaya açılacaq

Posted by

Bakı bulvarı dünyaya açılacaq

 

Bakı bulvarı dünyaya açılacaq

Bakı bulvarı dünyaya açılacaq

 

Bakının Dənizkənarı Milli Parkında dəniz gəzintiləri üçün yeni 3 göyərtəli “Mirvari” teploxodu Wi-Fi-ya simsiz çıxışla təchiz ediləcək. Bunu Trend-ə istinadən Milli.az xəbər verir.

“Mirvari” adlanan sərnişin teploxodunun maksimum tutumu 650 nəfərə qədərdir. Gəmi Azərbaycanın sifarişi əsasında Türkiyənin “Asia Denizcilik” şirkəti tərəfindən “Özata” tərsanəsində tikilib.

 

İdarədən bildiriblər ki, hazırda Wi-Fi-ya simsiz çıxış üzrə layihə hazırlanma və qiymətləndirmə mərhələsindədir. Layihə çərçivəsində 40-50 kilometr fəaliyyət radiuslu gücləndirilmiş antenaları olan çıxış nöqtələrinin quraşdırılması nəzərdə tutulur ki, bu da Xəzər akvatoriyasında internetə simsiz çıxışdan rahat istifadəyə imkan verəcək.

 

Park ərazisində simsiz Wi-Fi-ın işə salınması layihəsinə gəlincə, İdarədən qeyd ediblər ki, sınaqlarının nəticələri gözlənildiyi kimi uğurlu alınmayıb: “Əlverişsiz hava şəraiti və bulvar ərazisində rütubətin yüksək olması daha əvvəl quraşdırılmış avadanlığın sökülməsinin əsas səbəbi olub. Buna baxmayaraq, İdarə qarşıya qoyulmuş hədəfdən imtina etmək niyyətində deyil. Bu məqsədlə yeni avadanlığın alınması məsələsi nəzərdən keçirilir. Onun quraşdırılması martda başa çatmalıdır”.

İdarədən deyiblər ki, əsas məqsəd parka gələnləri internetə keyfiyyətli çıxışla təmin etməkdir: “Bu məsələ qarşıdakı illər ərzində Azərbaycanda keçirilməsi gözlənilən iri tədbirlər fonunda daha çox aktuallıq qazanır”.

 

Milli.Az