Bakı-Bişkek-Bakı istiqaməti üzrə müntəzəm aviareyslərin yerinə yetirilməsinə başlanılıb

Posted by

Bakı-Bişkek-Bakı istiqaməti üzrə müntəzəm aviareyslərin yerinə yetirilməsinə başlanılıbBakı-Bişkek-Bakı istiqaməti üzrə müntəzəm aviareyslərin yerinə yetirilməsinə başlanılıb

Bakı-Bişkek-Bakı istiqaməti üzrə müntəzəm aviareyslərin yerinə yetirilməsinə başlanılıb

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Bişkek-Bakı istiqamətindən birbaşa aviareysləri yerinə yetirməyə başlayıb.

 

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, Bişkekə yola düşən nümayəndə heyətinə deputat Fəttah Heydərov, Qırğızıstanın Azərbaycanda müvəqqəti işlər vəkili Ayciqit Buranov, habelə Azərbaycandakı qırğız diasporasının üzvləri daxildir.

 

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib ki, Bişkek AZAL-ın təyyarələrinin uçacağı 38-ci şəhər olacaq. Onun sözlərinə görə, reyslər “A-320” sərnişin tipli təyyarələrdə yerinə yetirilir: “Biletlərin satış qiymətləri 386 manatdan başlayır”.

 

Qeyd edək ki, Bakı-Bişkek-Bakı istiqamətində müntəzəm uçuşlar həftədə iki dəfə olmaqla, çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək.

 

Apa.az