Bakı Ali Neft Məktəbinin tələbələri Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət ediblər

Posted by

Bakı Ali Neft Məktəbinin tələbələri Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət ediblərBakı Ali Neft Məktəbinin tələbələri Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət ediblər

Bakı Ali Neft Məktəbinin tələbələri Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət ediblər

7 noyabr Azərbaycan torpaqları uğrunda qəhrəmancasına şəhid olan qəhrəmanlarımızın Mübariz İbrahimovun və Fərid Əhmədovun II Fəxri xiyabanda dəfnlərindən 4 il ötür.

 

Qəhrəmanlarımızın dəfninin ildönümü ilə əlaqədar olaraq Bakı Ali Neft Məktəbinin tələbələri II Fəxri xiyabanda Milli Qəhrəman Mübariz İbrahimovun və şəhid Fərid Əhmədovun qəbrini ziyarət edib, məzarları üstünə gül dəstələri qoyublar və onların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.

 

APA.az