Bahar Muradova: Uşaqların əlverişli sosial şəraitdə böyüməsi üçün zəruri şəraitin yaradılması dövlət siyasətinin prioritetlərindəndir

Posted by

Bahar Muradova: Uşaqların əlverişli sosial şəraitdə böyüməsi üçün zəruri şəraitin yaradılması dövlət siyasətinin prioritetlərindəndir

Bahar Muradova: Uşaqların əlverişli sosial şəraitdə böyüməsi üçün zəruri şəraitin yaradılması dövlət siyasətinin prioritetlərindəndir

Bahar Muradova: Uşaqların əlverişli sosial şəraitdə böyüməsi üçün zəruri şəraitin yaradılması dövlət siyasətinin prioritetlərindəndir

Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli sosial şəraitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Trend-in məlumatına görə, bunu vitse-spiker Bahar Muradova bu gün Milli Məclisdə keçirilən “Azərbaycanda uşaq problemləri: Reallıqlar və perspektivlər” adlı tədbirdə çıxış edərkən deyib.

B.Muradova qeyd edib ki, uşaqların hüquqlarını qorumaq onların sosial təhlükəsizliyini, emosional vəziyyətlərinin stabil saxlanılmasını, sağlam şəxsiyyətlər olaraq formalaşmasını təmin etmək deməkdir.

Milli Məclisin sədr müavini bildirib ki, bu gün Azərbaycan bütün vətəndaşlarının hüquq və azadlıqlarını təmin etdiyi kimi, uşaqlar üçün də çox faydalı şərait yaradıb: “Uşaqların sağlamlığı üçün bütün qanunverici aktlar qəbul edilib. Əminliklə demək olar ki, uşaqların rastlaşdığı problemlər Milli Məclisin komitə iclasları ilə yanaşı, plenar iclaslarında da müzakirə olunur. Uşaqların asudə vaxtlarının səmərəli təşkili vacib məsələlərdən biridir”.

B.Muradova həmçinin qeyd edib ki, Azərbaycanda uşaq müdafiəsi sahəsinin inkişafına dəstək vermək və cəmiyyətin diqqətini prioritetli məsələlərə cəlb etmək məqsədilə mütəmadi geniş müzakirələrin aparılması, habelə geniş əhali, eləcə də orta ümumtəhsil məktəblərin şagirdləri arasında uşaq hüquqları və BMT-nin Uşaq Hüquqları Konvensiyası barəsində maarifləndirmənin davamlı olaraq təşkili xüsusi əhəmiyyət kəsb edir.

Daha sonra çıxış edən YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard Azərbaycanın müstəqilliyini qazandıqdan bir neçə ay sonra Uşaq Hüquqlarının Müdafiəsi haqqında Konvensiyanı ratifikasiya etdiyini xatırladıb və qeyd edib ki, bu konvensiyanı ratifikasiya etməklə, Azərbaycan bütün uşaqların, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların qayğısına qalmaqda qərarlı olduğunu bütün dünyaya sübut etdi.

M.Herevard vurğulayıb ki, ötən illər ərzində YUNİSEF Milli Məclis ilə sıx əməkdaşlıq edib, yüksək nəticələr əldə olunub və uşaqların vəziyyəti xeyli yaxşılaşıb.

YUNİSEF rəsmisi əlavə edib ki, Milli Məclis Azərbaycan qanunvericiliyinin beynəlxalq konvensiyalara uyğunlaşdırılması istiqamətində xeyli işlər görüb.

M.Herevard bundan sonra da YUNİSEF-in uşaq hüquqlarının qorunması və bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi sahəsində Milli Məcilislə yaxından əməkdaşlıq etməyə hazır olduğunu diqqətə çatdırıb.

 

Trend.az