Baş prokuror vətəndaşların online rejimdə qəbulunu keçirib

Posted by

Baş prokuror vətəndaşların online rejimdə qəbulunu keçiribBaş prokuror vətəndaşların online rejimdə qəbulunu keçirib

Baş prokuror vətəndaşların online rejimdə qəbulunu keçirib

Bu gün baş prokuror Zakir Qaralov Baş Prokurorluğun inzibati binasında Quba rayon prokurorluğu ilə canlı bağlantı vasitəsilə Quba, Qusar və Xaçmaz rayon sakinlərinin müvafiq tabe rayon prokurorlarının iştirakı ilə qəbulunu keçirib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prokurorluğun məsul əməkdaşlarının iştirakı ilə keçirilən qəbulda 20-yə yaxın vətəndaşın şikayəti dinlənilib. Müraciətlərdə qaldırılan məsələlər nəzarətə götürülməklə, həmin şikayətlər üzrə qəbul olunmuş qərarların qanuniliyinin yoxlanılması, bu məqsədlə yoxlama materialları və cinayət işlərinin Baş Prokurorluqda öyrənilməsi, habelə bəzi şikayətlərin müraciət müəlliflərinin iştirakı ilə müzakirə edilərək qanunauyğun və operativ şəkildə həlli üçün müvafiq struktur qurumların rəhbərlərinə və tabe rayon prokurorlarına konkret göstərişlər verilib.

 

Apa.az