Baş prokuror vətəndaşları online rejimində qəbul edəcək

Posted by

Baş prokuror vətəndaşları online rejimində qəbul edəcəkBaş prokuror vətəndaşları online rejimində qəbul edəcək

Baş prokuror vətəndaşları online rejimində qəbul edəcək

Azərbaycanın baş prokuroru Zakir Qaralov mayın 15-də saat 10:00-da canlı bağlantı ilə Quba, Qusar və Xaçmaz rayonlarında yaşayan vətəndaşların Quba rayon Prokurorluğunun inzibati binasında video konfrans rejimində qəbulunu keçirəcək.

 

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Quba şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

 

Vətəndaşlar mayın 14-dək yaşadıqları ərazi üzrə rayon və şəhər prokurorluqlarına yalnız prokurorluq orqanlarının səlahiyyətlərinə aid məsələlərlə əlaqədar yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

 

Apa.az