Azərbaycanın və İtaliyanın şəhərləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

Posted by

Azərbaycanın və İtaliyanın şəhərləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

Azərbaycanın və İtaliyanın şəhərləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

Azərbaycanın və İtaliyanın şəhərləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bu ölkənin Lombardiya regionunun Berqamo və Altsano Lombardo şəhərlərinə işgüzar səfər etmişdir.

Səfər çərçivəsində V.Sadıqov Berqamo meriyasında şəhərin bir sıra şirkətlərinin nümayəndələri ilə görüşmüşdür. Söhbət zamanı iki ölkənin müxtəlif sahələrdə fəaliyyət göstərən sənaye müəssisələri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur.

Berqamonun aparıcı işgüzar birliyi olan Berqamo Sənayeçilər Konfederasiyasının direktoru Quido Venturini ilə keçirilən görüşdə səfir Azərbaycanda makroiqtisadi inkişaf sektorunda, əlverişli biznes və investisiya mühitinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər, enerji layihələri və prioritet inkişaf sahələri barədə danışmışdır. Görüşdə iqtisadiyyatın bir sıra ixtisaslaşmış sahələrində Berqamo ilə Azərbaycanın şəhərləri arasında təcrübə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyəti vurğulanmışdır.

Cari ilin fevralında Berqamonun Ticarət və Sənaye Palatasında Azərbaycan ilə bağlı seminarın müvəffəqiyyətlə keçirildiyini və yerli iş adamları tərəfindən maraqla qarşılandığını xatırladan Quido Venturini bu kimi tədbirlərin ölkəmizin bir çox sahələrdə imkanları ilə tanış olmaq baxımından vacibliyini vurğulamışdır. Qeyd etmişdir ki, Berqamonun iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana nəzərdə tutulan səfəri bu baxımdan böyük əhəmiyyət kəsb edir.

V.Sadıqov ilə Altsano Lombardo şəhərinin meri Doriano Bendotti arasında keçirilən görüşdə Azərbaycanın və İtaliyanın şəhərləri arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Səfir, həmçinin “Lions Club” humanitar təşkilatının yerli nümayəndəliyinin üzvləri üçün təşkil olunmuş toplantıya dəvət olunmuşdur. Azərbaycana dair geniş məruzə ilə çıxış edən V.Sadıqov ölkəmizdə son illərdə müşahidə olunan sürətli inkişaf prosesləri, Azərbaycanın sivilizasiyalararası dialoq mərkəzi kimi mövqeyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, İtaliya ilə münasibətlər barədə geniş məlumat vermişdir.

Tədbirdə Azərbaycana həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

 

AzərTac.az