Azərbaycanın və Qazaxıstanın ali təhsil müəssisələri arasında əlaqələr müzakirə olunub

Posted by

Azərbaycanın və Qazaxıstanın ali təhsil müəssisələri arasında əlaqələr müzakirə olunubAzərbaycanın və Qazaxıstanın ali təhsil müəssisələri arasında əlaqələr müzakirə olunub

Azərbaycanın və Qazaxıstanın ali təhsil müəssisələri arasında əlaqələr müzakirə olunub

Azərbaycanın Aktau şəhərindəki baş konsulu Rəşad Məmmədov Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində fəaliyyət göstərən Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzində universitetin humanitar fənlər fakültəsinin tələbləri ilə görüşüb.

Baş konsulun universitetin rektoru Adilbek Botabekovla görüşündə isə Azərbaycanın və Qazaxıstanın ali təhsil müəssisələri, o cümlədən Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universiteti ilə Azərbaycan Dövlət Dəniz Akademiyası arasında əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb.

A.Botabekov bir müddət əvvəl Azərbaycanda səfərdə olduğunu xatırladıb, ölkəmiz, eləcə də Dövlət Dəniz Akademiyası haqqında təəssüratlarını bölüşüb, 30 nəfər qazaxıstanlı tələbənin bu təhsil müəssisəsində oxuduğunu bildirib.

Baş konsul iki ölkənin təhsil müəssisələri arasında birbaşa əlaqələrin qurulmasının önəmli olduğunu vurğulayıb.

Daha sonra R.Məmmədov Azərbaycan-Qazaxıstan münasibətləri, ölkəmizin tarixi, mədəniyyəti və iqtisadiyyatı, Xəzər dənizi vasitəsi ilə tranzit daşımaların potensialı, neft-qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryolu və digər mövzularla bağlı tələbələrə geniş məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Görüşdən sonra baş konsulluq tərəfindən müxtəlif təbliğat materialları, o cümlədən Azərbaycanda son dövrlər nəşr olunmuş kitablar, jurnallar, bədii ədəbiyyat, iqtisadi göstəricilərə dair broşürlər və digər materiallar Mərkəzin kitabxanasına təqdim edilib.

 

Trend.az