Azərbaycanın və Böyük Britaniyanın vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

Posted by

Azərbaycanın və Böyük Britaniyanın vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

Azərbaycanın və Böyük Britaniyanın vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

Azərbaycanın və Böyük Britaniyanın vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Böyük Britaniyanın ölkəmizdəki səfiri İrfan Siddiq ilə görüşmüşdür.

Görüşdə səfirə Şuranın fəaliyyəti, qurumun qanunvericilik təşəbbüsü və xarici QHT-lər üçün qrant proqramı haqqında ətraflı məlumat verilmişdir.

A.Quliyev bildirmişdir ki, Şura dövlət ilə vətəndaş cəmiyyəti arasında körpü rolunu oynayır. Altı illik fəaliyyəti dövründə qurum 2500-dən artıq QHT layihəsi maliyyələşdirmişdir. Təşkilatların qanunvericiliklə bağlı qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün hüquq və monitorinq komissiyası yaradılmışdır. Şura yalnız donor rolu oynamır, eyni zamanda, Azərbaycan QHT-lərinə məlumat, konsultativ, metodiki, təşkilati-texniki sahədə də dəstək verir. Şuranın ötən ildən etibarən xarici QHT-lər üçün həyata keçirdiyi qrant proqramı haqqında məlumat verən A.Quliyev əməkdaşlıq etdikləri Böyük Britaniya vətəndaş cəmiyyəti qurumları haqqında da danışmışdır.

Şuranın təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisində “Könüllülük fəaliyyəti haqqında” və “İctimai iştirakçılıq haqqında” qanunların qəbul edildiyini bildirən A.Quliyev onların ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı üçün mühüm hüquqi baza rolu oynadığını vurğulamışdır.

Şura sədri Böyük Britaniyanın Azərbaycan üçün vacib tərəfdaş olduğunu söyləmişdir. O, Böyük Britaniyanın bir sıra beynəlxalq QHT-lərinin ölkəmizdə uzun müddətdən bəri fəaliyyət göstərərək müxtəlif sahələrdə layihələr icra etdiyini və yerli təşkilatlarla səmərəli əməkdaşlıq qurduğunu demişdir.

A.Quliyev Azərbaycan QHT-lərinin Böyük Britaniyanın vətəndaş cəmiyyəti sahəsində çoxillik tarixə malik zəngin təcrübəsindən bəhrələnməyə maraq göstərdiyini bildirmişdir.

Şuranın fəaliyyətini yüksək qiymətləndirən İrfan Siddiq QHT-lərin inkişafı ilə bağlı təkliflərin və gələcək əməkdaşlıq imkanlarının müzakirəsinə hazır olduğunu bildirmişdir. O, həmçinin hər iki dövlətin vətəndaş cəmiyyətləri arasında qarşılıqlı tanışlıq səfərlərinin təşkil edilməsinin faydalı ola biləcəyini vurğulamışdır.

Sonra tərəflər mümkün əməkdaşlıq məsələlərini müzakirə edərək görüşlərin davam etdirilməsi haqqında razılığa gəlmişlər.

 

AzərTac.az