Azərbaycanın Ukraynadakı səfirliyi Krıma səfər etmək istəyən azərbaycanlılara xəbərdarlıq edib
Azərbaycanın Ukraynadakı səfirliyi Krıma səfər etmək istəyən azərbaycanlılara xəbərdarlıq edib.
Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA-ya açıqlamasında bildirib ki, bu bölgəyə səfər edən azərbaycanlılara, xüsusən Azərbaycandan getmək istəyənlərə səfərlərini təxirə salmaq tövsiyə olunur.
O bunu Krımdakı son gərginlik, gözlənilən iğtişaş və hər hansı silahlı qarşıdurma ilə əlaqələndirib: “Azərbaycandan bu bölgəyə səfər edənləri təhlükəsizlik baxımından səfərlərini təxirə salmağa, zəruri hallarda olmadıqda səfər etməməyə çağırırıq”.
A. Osmanov onu da bildirib ki, Krımdan fərqli olaraq, Ukraynanın Rusiya ilə sərhəd olan digər şəhərlərdə hələ ki, belə bir təhlükə yoxdur.
Apa.az