Azərbaycanın Ukraynadakı səfiri Sumı vilayətinin qubernatoru ilə görüşmüşdür

Posted by

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli aprelin 16-da diplomatik nümayəndəliyimizdə Sumı Vilayət Dövlət Administrasiyasının sədri Vladimir Şulqa ilə görüşmüşdür.

Görüşdə regionlararası əməkdaşlıq məsələləri və onların perspektivləri müzakirə edilmiş, tərəflər arasında tam qarşılıqlı anlaşmanın olduğu bildirilmişdir.

Vladimir Şulqa Ali Radanın deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü kimi fəaliyyətindən söz açmışdır. Parlamentlərarası əməkdaşlıq məsələləri və onların perspektivləri də nəzərdən keçirilmişdir.

Görüşdə Sumı Vilayət Şurasının deputatı, sahibkar və mesenat Əfqan Salmanov iştirak etmişdir.

Daha əvvəl qonaqlar səfirin müşayiəti ilə diplomatik nümayəndəliyimizin yaxınlığında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan, Ulu Öndərin abidəsinin ucaldığı parka getmişlər.

AzərTac.az