Azərbaycanın turizm imkanları dünyanın populyar telekanallarında təbliğ olunacaq

Posted by

Azərbaycanın turizm imkanları dünyanın populyar telekanallarında təbliğ olunacaqAzərbaycanın turizm imkanları dünyanın populyar telekanallarında təbliğ olunacaq

Azərbaycanın turizm imkanları dünyanın populyar telekanallarında təbliğ olunacaq

Azərbaycanın turizm imkanlarının 2015-ci ildə hansı xarici populyar televiziya şirkətləri vasitəsi ilə təbliğ ediləcəyi açıqlanıb.

 

APA-nın Maliyyə Nazirliyinin təqdim etdiyi “Vətəndaşın büdcə bələdçisi” kitabına istinadən verdiyi məlumata görə, 2015-ci ildə Azərbaycanın turizm imkanları “National Geographic Channel”, BBC, CNBC, “Euronews”, “Travel Channel” və CNN televiziya şirkətləri vasitəsi ilə təbliğ olunacaq.

 

Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsində xarici populyar televiziya şirkətləri vasitəsi ilə ölkənin turizm imkanlarının təbliğinə 5 milyon manat ayrılması nəzərdə tutulub. Bu, 2014-cü illə müqayisədə 4,3 milyon manat və ya 6 dəfə çoxdur.

 

Apa.az