Azərbaycanın Türkiyədəki səfirliyində Novruz bayramı münasibətilə şənlik keçirilmişdir

Posted by

Martın 21-də Azərbaycanın Türkiyədəki səfirliyində Novruz bayramı münasibətilə şənlik keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə Türkiyə Respublikasının Prezidenti Administrasiyasının Rəhbəri Mustafa İsen, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri İsmet Sezqin, iqtidar partiyası olan AKP-nin deputatı Tülay Selamoğlu başda olmaqla çox sayda millət vəkili, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri, incəsənət və elm xadimləri, diaspor nümayəndələrimiz, Ankarada təhsil alan tələbə və polis akademiyası kursantlarımız, eləcə də KİV nümayəndələri iştirak etmişlər.

Səfir Faiq Bağırov qonaqları salamlamış, Novruzun mahiyyətini və əhəmiyyətini anladan çıxışının ardından Azərbaycan Prezidenti İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətini oxumuşdur.

Ardından qonaqlara milli musiqilərimizin sədaları altında ölkəmizin ənənəvi mətbəxinə məxsus ləziz yeməklərin də olduğu ziyafət verilmişdir.

Səfirliyimizin həyətində yandırılmış Novruz tonqalı qonaqlara şən və gözəl dəqiqələr yaşatmış, gənclərin milli musiqilərimizlə etdiyi rəqslər şənlik iştirakçılarına əsl bayram əhval ruhiyyəsi yaşatmışdır.

Tədbir iştirakçılarına türk dilində nəşr olunan “İrs-Miras” jurnalının yeni çap olunmuş növbəti sayı təqdim olunmuşdur.

AzərTac.az