Azərbaycanın Türkiyədəki diasporunun fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib

Posted by

Azərbaycanın Türkiyədəki diasporunun fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib

Azərbaycanın Türkiyədəki diasporunun fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib

 

 

Azərbaycanın Türkiyədəki diasporunun fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) idarə heyətinin toplantısında Azərbaycanın Türkiyədəki diasporunun fəaliyyəti, problemləri və bu problemlərin həlli yolları, eləcə də ermənilərin qondarma “soyqırımı” təbliğatına qarşı mübarizə məsələləri müzakirə edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanovun da iştirak etdiyi tədbirdə bildirilib ki, Türkiyədəki azərbaycanlılar artıq dərnək fəaliyyətindən akademik fəaliyyətə keçməli, soydaşlarımızın ölkənin ictimai-siyasi həyatında fəal iştirakı təmin olunmalı, parlament və bələdiyyə seçkilərində iştirakı dəstəklənməlidir. Komitədən AzərTAc-a bildiriblər ki, toplantıda Türkiyə mətbuatında Azərbaycana dair kifayət qədər materialların olmaması və ermənilərin bu boşluqdan istifadə etməsi barədə də fikir mübadiləsi aparılıb. Türkiyənin kütləvi informasiya vasitələrində müntəzəm olaraq Azərbaycan həqiqətləri, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü barədə yazılar və videomaterialların yerləşdirilməsinin vacibliyi qeyd olunub. Vurğulanıb ki, Azərbaycan mədəniyyətinin Türkiyədə geniş təbliğinə böyük ehtiyac var. Bununla əlaqədar olaraq, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasovanın təşəbbüsü ilə yaxın vaxtlarda Hüseyn Cavidin “İblis” əsərinin İstanbul Teatrında səhnələşdiriləcəyi xəbəri təqdirəlayiq hal kimi qiymətləndirilib.

 

AzərTac.az