“Azərbaycanın Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun qəbul edilib
“Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun qəbul edilib.
Trend xəbər verir ki, Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıb ki, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin 6-1.1.2-ci maddəsində “Bayrağı” sözü “Dövlət bayrağı” sözləri ilə əvəz edilsin.
Dəyişiklik haqqında məlumat verən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, məcəlləyə edilən dəyişiklik texniki xarakterlidir. Yəni qanuna əsasən, dənizçilik sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə berbout-çarter reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq gəmilərə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında müvəqqəti Şəhadətnamənin verilməsi üçün dövlət rüsumu ödənilir.
Trend.az