Azərbaycanın İƏT-ə üzv ölkələrdə qadın problemlərinin həllinə həssas yanaşması təqdirəlayiqdir

Posted by

Azərbaycanın İƏT-ə üzv ölkələrdə qadın problemlərinin həllinə həssas yanaşması təqdirəlayiqdirAzərbaycanın İƏT-ə üzv ölkələrdə qadın problemlərinin həllinə həssas yanaşması təqdirəlayiqdir

Azərbaycanın İƏT-ə üzv ölkələrdə qadın problemlərinin həllinə həssas yanaşması təqdirəlayiqdir

“İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfransın iştirakçısı, Misirin qadın məsələləri üzrə naziri xanım Mervet Telavi AzərTAc-a müsahibəsində deyib ki, Azərbaycanın İƏT-ə üzv dövlətlərdə qadın problemlərinin həllinə bu cür həssas yanaşması təqdirəlayiqdir. O deyib: “Əlbəttə, Azərbaycanın indiki mərhələdə İslam ölkələrində qadın problemlərinin həllinə belə maraq göstərməsi bizi sevindirir. Çünki məlumdur ki, bəzi müsəlman ölkələrində qadınlar bu gün ekstremistlər və terroristlər tərəfindən xoşagəlməz hallara məruz qalırlar və bununla bədxahlar çalışırlar ki, İslam dininə qara yaxsınlar. Azərbaycan hökuməti tərəfindən təşkil edilən bu konfrans həm də belə hallara, xüsusilə İslam dininə əsassız iftira hallarına qarşı mübarizə yollarının müzakirəsi üçün önəmlidir”.

“Cəmiyyətlərin inkişafı həm də qadınların ictimai-siyasi həyatda iştirak səviyyəsinin yüksəkliyi ilə bağlıdır”, – deyən misirli nazir bu məsələlərin təbliği baxımından da konfransın əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

AzərTac.az