Azərbaycanın su operatoru yerli podratçıların işinin keyfiyyətinin yaxşılaşdığını qeyd edir

Posted by

Azərbaycanın su operatoru yerli podratçıların işinin keyfiyyətinin yaxşılaşdığını qeyd edir

 

Azərbaycanın su operatoru yerli podratçıların işinin keyfiyyətinin yaxşılaşdığını qeyd edir

Azərbaycanın su operatoru yerli podratçıların işinin keyfiyyətinin yaxşılaşdığını qeyd edir

 

Azərbaycanın su operatoru “Azərsu” ASC yerli podratçıların işinin keyfiyyətinin yaxşılaşdığını qeyd edir.

Trend-in məlumata görə, bu barədə ASC-nin sədri Qorxmaz Hüseynov cümə axşamı Bakıda CATEC-2014 II Xəzər Beynəlxalq Su Texnologiyaları sərgi və konfransının açılışında deyib.

Onun sözlərinə görə, ASC-nin monitorinqinin yekunları üzrə 2013-cü ilin birinci rübündə görülən işlərin keyfiyyətinə görə şirkətlərin onluğuna Azərbaycanın cəmi iki şirkəti daxıl olub. Səkkiz ayın yekunlarına görə isə ilk üçlük yerli podratçılardan formalaşıb, onluqda isə cəmi iki əcnəbi şirkət olub. O qeyd edib ki, ilin yekunları üzrə, ilk beşlikdə Azərbaycan şirkətləri, ilk onluqda isə bir əcnəbi şirkət olub.

Hüseynovun sözlərinə görə, burada Xəzər regionunda belə layihələrdən ən irisi olan CATEC kimi sərgilərin keçirilməsi öz rolunu oynayır.

ASC rəhbəri onu da qeyd edib ki, “Azərsu” beynəlxalq maliyyə institutları ilə əməkdaşlıqda reallaşdırılan layihələr çərçivəsində keçirilən tenderlərdə yerli şirkətlərin iştirakı üçün daha əlverişli şərait yaratmağa çalışır.

CATEC 2014 sərgisində 24 ölkədən öz məhsul və xidmətlərini təqdim edən 79 şirkət iştirak edir. Onların arasında Azərbaycan, Avstriya, Almaniya, ABŞ, Kanada, Türkiyə, İsrail, Rusiya, Belarus, Litva, Fransa, Macarıstan, Danimarka, İsveçrə, İtaliya və digər ölkələrin aparıcı texnologiya şirkətləri və təchizatçıları, habelə ekologiya və tikinti şirkətləri var. İştirakçıların 60 faizindən çoxunu xarici qonaqlar təşkil edir.

İkinci CATEC-2014 sərgisi aprelin 11-12-də Bakı Ekspo Mərkəzdə keçiriləcək. Tədbirin təşəbbüskarı ona rəsmi dəstək göstərən “Azərsu” ASC-dir. CATEC-2014-in təşkilati tərəfdaşı “Iteca Caspian” MMC-dir.

 

Trend.az