Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda 850 nəfərin səs verəcəyi gözlənilir

Posted by

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda 850 nəfərin səs verəcəyi gözlənilir

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda 850 nəfərin səs verəcəyi gözlənilirAzərbaycanın İstanbuldakı Baş Konsulluğunda 850 nəfərin səs verəcəyi gözlənilir

Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunda yerli vaxtla saat 08.00-da prezident seçkiləri ilə bağlı səsvermə başlayıb. APA-nın Türkiyə müxbirinin xəbərinə görə, konsulluğun qeydiyyatında olan Azərbaycan vətəndaşları saat 19-a qədər səs verə biləcəklər.

Bas Konsulluqdan bildiriblər ki, ümumən 850 nəfər Azərbaycan vətəndaşı qeydiyyatdan keçib və onların hamısı səsvermədə iştiraka dəvət edilib. Baş Konsulluğun binasındakı 43 saylı seçki məntəqəsində təşkil edilən səsverməyə qatılımın yüksək səviyyədə olduğu müşahidə olunur. Yerli media səsvermə prosesinə maraq göstərir.