Azərbaycanın siyasi partiyaları və QHT-ləri birgə müzakirələr keçirəcək
Azərbaycan Sosial Rifah Partiyası digər siyasi partiyalar və QHT-lərlə birlikdə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2015-ci il yanvarın 27-də keçirilən konfransın qarşıya qoyduğu vəzifələrlə əlaqədar tədbir keçirəcək.
Trend-in məlumatına görə, toplantı “Müasir Azərbaycanın unikal inkişaf modeli və tarixi erməni təcavüzünün beynəlxalq qiymətləndirilməsinin reallıqları” mövzusundadır.
Fevralın 3-də “Atatürk” Mərkəzində baş tutacaq konfransda 2004-2014-cü illərdə Azərbaycanda görülmüş işlərin nəticələri, ölkə ictimaiyyəti tərəfindən dəstəklənməsi və tarixi erməni təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların beynəlxalq qiymətləndirilməsi məsələləri müzakirə ediləcək.
Trend.az