Azərbaycanın səfiri İsveçin Ticarət-İnvestisiya Şurasının nümayəndələri ilə görüşmüşdür

Posted by

Azərbaycanın səfiri İsveçin Ticarət-İnvestisiya Şurasının nümayəndələri ilə görüşmüşdür

Azərbaycanın səfiri İsveçin Ticarət-İnvestisiya Şurasının nümayəndələri ilə görüşmüşdür

Azərbaycanın səfiri İsveçin Ticarət-İnvestisiya Şurasının nümayəndələri ilə görüşmüşdür

Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov Stokholmda “Business Sweden” Ticarət-İnvestisiya Şurasının nümayəndələri ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan ilə İsveç arasında ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı məsələləri müzakirə edilmiş, iki ölkənin əməkdaşlığının dərinləşməsi üçün potensial imkanların olduğu vurğulanmışdır. İsveçin Azərbaycan ilə əlaqələrin dərinləşməsində maraqlı olduğu bildirilmişdir. Bu marağın göstəricisi kimi, Bakıda İsveç səfirliyinin açılması, həmçinin İsveç nümayəndə heyətinin keçən il Azərbaycana səfəri, həmin səfər çərçivəsində həm dövlət strukturları, həm də özəl şirkətlərlə danışıqlar aparıldığı qeyd edilmişdir.

Səfir ölkəmizdə gedən iqtisadi inkişaf proseslərindən söhbət açmışdır. Diplomat qeyd etmişdir ki, Avropanın və dünyanın bir sıra ölkələri iqtisadi böhranın ağır nəticələri ilə üzləşdiyi bir vaxtda, Azərbaycan böyük iqtisadi uğurlar qazanır. Bu müvəffəqiyyətlərin əsas səbəbi ölkənin neft gəlirlərinin başqa sahələrə istiqamətləndirilməsi yolu ilə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsidir. Diplomat demişdir ki, bu gün Azərbaycan iqtisadiyyatı yeni inkişaf yolundadır. Nəqliyyat, turizm və telekommunikasiya sahəsində nəhəng regional layihələr reallaşır, Azərbaycan başqa ölkələrin, o cümlədən Türkiyə, Yunanıstan, Şərqi və Qərbi Avropa dövlətlərinin iqtisadiyyatıma sərmayə qoyur.

 

AzərTac.az