Azərbaycanın qızıl yataqlarının atlası hazırlanıb

Posted by

Azərbaycanın qızıl yataqlarının atlası hazırlanıb

Azərbaycanın qızıl yataqlarının atlası hazırlanıb

Azərbaycanın qızıl yataqlarının atlası hazırlanıb

Respublikada ilk dəfə olaraq “Azərbaycanın qızıl yataqlarının atlası” tərtib edilib. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub.

Hesabatda bildirilib ki, atlasda Azərbaycanın Kiçik Qafqaz qırışıqlıq zonasında yerləşən qızıl yataqlarının və təzahürlər qrupunun geoloji-tektonik quruluşunun başlıca xüsusiyyətləri, fılizləşmənin məkanca yerləşməsi və mineral əmələgəlmələrin ardıcıllıq sxemləri şərh edilib.

Azərbaycan ərazisində fıliz yataqlarının nüvə-geofiziki üsulların tətbiqi ilə axtarış işləri nəticəsində Kürəkçay sahəsində aşkarlanmış anomal radioaktivli sahədən başqa nəcib metallara perspektivli olan Başkənd, Başqışlaq, Sarıqaya və s. kimi perspektiv sahələr aşkarlanıb. Daha perspektiv hesab olunan Başqışlaq sahəsində yer səthindən götürülmüş 10 sınaqda qızılın tutumu 0,56-4,50 q/t, gümüşün isə 2,8-338,4 q/t arasında təyin edilib. Bu sahədə 2014-cü ildə nəcib metallar üzrə axtarış işlərinin aparılması planlaşdırılır.

 

Trend.az