Azərbaycanın nəqliyyat naziri Gürcüstanın baş naziri ilə Bakı-Tiflis-Qars layihəsini müzakirə edib
Bu gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə Gürcüstanda səfərdə olan Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun təkbətək görüşü baş tutub.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə baş nazirin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, görüşdə əsas mövzu Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinə dair məsələlər müzakirə olunub.
Qeyd edək ki, bu gün Z. Məmmədov Bakı-Tiflis-Qars layihəsinin Gürcüstan hissəsində aparılan işlərlə tanış olmaq üçün Türkiyə sərhədindəki Kartsaxi ərazisinə də səfər edəcək.
Apa.az