Azərbaycanın Misirdəki səfirliyinin təhlükəsizliyi gücləndirilib

Posted by

Azərbaycanın Misirdəki səfirliyinin təhlükəsizliyi gücləndirilib

Azərbaycanın Misirdəki səfirliyinin təhlükəsizliyi gücləndirilib

 

Azərbaycanın Misirdəki səfirliyinin təhlükəsizliyi gücləndirilib

 

Azərbaycanın Misirdəki səfirliyinin təhlükəsizliyi gücləndirilib. Hazırda Azərbaycan səfirliyinin fəaliyyətinə heç nə təhlükə törətmir, lakin diplomatik missiya Qahirədə vaxtaşırı baş verən gərginlik fonunda təhlükəsizliyini gücləndirmək qərarına gəlib. Bunu bazar ertəsi Trend-ə Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev deyib.

 

Bu arada Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, Krallığın Qahirədəki səfirliyi təhlükəsizliklə bağlı müxtəlif xidmətlərin göstərilməsini müvəqqəti dayandırıb: “Britaniya səfirliyi dekabrın 7-dən işini dayandırır. Krallığın İsgəndəriyyədəki konsulluğu isə adi rejimdə işləyir”.

 

Qeyd edək ki, ötən həftə Qahirədə məhkəmənin Misirin sabiq prezidenti Hüsnü Mübarəkə bəraət qərarı verməsi fonunda etiraz aksiyaları keçirilmişdi.

 

Trend.az