Azərbaycanın Misirdəki səfirliyində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

Posted by

Azərbaycan Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 14 yanvar tarixli Sərəncamına uyğun olaraq, ölkəmizin Misirdəki səfirliyində tədbir keçirilmişdir. Tədbirdə Misirin Ayn-Şəms Universitetinin ədəbiyyat fakültəsinin 50-dən çox tələbəsi iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan səfir Ş.Abdullayev Azərbaycanın tarixi keçmişindən, müstəqillik dövründən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs etmişdir. Eyni zamanda ölkəmizin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının yaranma tarixi, geostrateji mövqeyi, mədəniyyəti barədə məlumat verən səfir vurğulamışdır ki, blokada şəraitində yaşamasına baxmayaraq Naxçıvan son illər mühüm nailiyyətlər əldə etmiş, iqtisadi inkişafa nail olmuşdur.

Ş.Abdullayev Misirin hazırkı siyasi-iqtisadi durumunu Azərbaycanın 90-cı illərin əvvəlindəki vəziyyəti ilə müqayisə edərək, ölkəsinin o vaxt çətin dövrlər yaşadığını, hakimiyyətin bir neçə dəfə dəyişdiyini, 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi, iqtisadi və sosial islahatların aparıldığını və son on ildə iqtisadiyyatın sürətlə inkişaf etdiyini tələbələrin diqqətinə çatdırmış və Misirdəki vəziyyətin də yaxşılaşacağına ümid bəslədiyini bildirmişdir.

Tədbirdə müasir Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının tarixini əks etdirən sənədli filmlər nümayiş olunmuşdur.

AzərTac.az