Azərbaycanın millət vəkilləri TürkPA komissiyasının iclasında iştirak edəcəklər

Posted by

Azərbaycanın millət vəkilləri TürkPA komissiyasının iclasında iştirak edəcəklərAzərbaycanın millət vəkilləri TürkPA komissiyasının iclasında iştirak edəcəklər

Azərbaycanın millət vəkilləri TürkPA komissiyasının iclasında iştirak edəcəklər

Azərbaycanın millət vəkilləri Sədaqət Vəliyeva və İqbal Ağazadə TürkPA komissiyasının iclasında iştirak etmək üçün aprelin 28-dən mayın 1-dək Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olacaqlar.

 

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qurumun Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının dördüncü iclasında “TürkPA üzvü olan ölkələrdə seçkilər, seçki sistemləri və Assambleyanın seçki müşahidəsi fəaliyyətləri” mövzusunda hesabat məruzəsi dinləniləcək. Mövzuya dair tövsiyə qərarı qəbul ediləcək. Komissiyanın növbəti iclası ilə əlaqədar təşkilati məsələlərə baxılacaq.

 

Deputatlarımız müzakirələrdə yaxından iştirak edəcəklər.

 

Trend.az