Azərbaycanın millət vəkilləri Litva parlamentində görüşlər keçiriblər

Posted by

Azərbaycanın millət vəkilləri Litva parlamentində görüşlər keçiriblər

Azərbaycanın millət vəkilləri Litva parlamentində görüşlər keçiriblərAzərbaycanın millət vəkilləri Litva parlamentində görüşlər keçiriblər

Sentyabrın 18-də Azərbaycan Milli Məclisinin üzvü, Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri, Avronest Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədri Fuad Muradov və millət vəkili Rasim Musabəyov Litvaya səfər ediblər.

Azərbaycanın Litvadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində millət vəkilləri Litva parlamentinin vitse-spikerləri xanım İrena Degutiene və Algirdas Sisasla, parlamentin Beynəlxalq əlaqələr komitəsinin rəhbəri Benediktas Yuodka, parlamentdə təmsil olunan Sosial Demokrat Partiyasının qrup rəhbəri xanım İrena Siauliene, ana müxalifətin nümayəndəsi, Mühafizəkarlar Partiyasının sədri, keçmiş Baş nazir Andriyus Kubiliyus və Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşlər keçiriblər.

Görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi sahələrdə uğurla inkişafından məmnunluq ifadə edilib. Həmçinin görüşlərdə Litva parlamentində qondarma “Dağlıq Qarabağ”la dostluq qrupunun yaradılmasına toxunulub və bunun ikitərəfli əlaqələrə kölgə saldığı təəssüflə qeyd edilib. Öz növbəsində, Litva rəsmiləri qrupun yaradılmasını pislədiklərini, bunun arxasında maraqlı qüvvələrin olduğuna inandıqlarını diqqətə çatdırıb, eyni zamanda, Litva dövlətinin mövqeyinin dəyişilməz olaraq qaldığını, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bir daha bəyan edərək, regionda sülhün bərqərar olunmasının zəruriliyini və bəzi deputatların fərdi təşəbbüslərinin parlamentin rəsmi mövqeyi olmadığını bir daha diqqətə çatdırıblar.

Elə həmin gün millət vəkilləri Litva xarici işlər nazirinin müavini Andriyus Krivasla görüşüb, ikitərəfli münasibətlər və gələcək perspektivlər barədə müzakirələr aparıblar. Öz növbəsində, A.Krivas diqqəti Litvanın Avropa İttifaqında sədirliyinə və noyabr ayının 28-29-da Vilnüsdə keçiriləcək Avropa İttifaqı ölkələrinin, eləcə də “Şərq tərəfdaşlığı” proqramına üzv olan ölkələrin dövlət və hökumət başçılarının sammitinə yönəldib və bu mühüm tədbirin bütün üzv ölkələr üçün uğurlu nəticə verəcəyinə inandığını bildirib.

Sentyabrın 20-də millət vəkilləri Avronest Parlament Assambleyasının təşkil etdiyi “Enerji yetərliliyi və bərpa olunan enerji perspektivində “Şərq tərəfdaşlığı” mövzusuna həsr olunmuş seminarda iştirak edəcəklər.