Azərbaycanın milli bayramı-Respublika Günü münasibətilə Niderlandda rəsmi qəbul keçirilmişdir
Azərbaycanın Niderlanddakı səfirliyində milli bayramımız-Respublika Günü münasibətilə rəsmi qəbul keçirilmişdir.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə Niderland Krallığının Xarici İşlər, Ədliyyə və Təhlükəsizlik, Ətraf Mühit və İnfrastruktur nazirliklərinin, eləcə də digər dövlət qurumlarının, Haaqa şəhər meriyasının təmsilçiləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, beynəlxalq təşkilatların təmsilçiləri, ölkənin biznes və elmi dairələrinin, holland ictimaiyyətinin təmsilçiləri, Benilüks Azərbaycanlıları Konqresi, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin üzvləri iştirak etmişlər.
Qəbulda Azərbaycanın sosial-iqtisadi inkişafı barədə videoçarx nümayiş etdirilmiş, milli musiqilərimiz səsləndirilmişdir.
Sonda ziyafət verilmiş, milli mətbəximizin təamları qonaqlara təqdim olunmuşdur.
AzərTac.az