Azərbaycanın milli atlası 800 xəritəni əhatə edəcək

Posted by

Azərbaycanın milli atlası 800 xəritəni əhatə edəcək

 

Azərbaycanın milli atlası 800 xəritəni əhatə edəcək

Azərbaycanın milli atlası 800 xəritəni əhatə edəcək

 

Azərbaycanın milli atlası 800 xəritəni əhatə edəcək və 19 bölmədən ibarət olacaq. Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.

 

Q.Məmmədov deyib ki, bu atlas Azərbaycanın coğrafi şəraiti, relyefi, torpaq, bitki örtüyü, heyvanat aləmi, ekoloji vəziyyət, tariximiz, sənaye, mədəniyyət, təhsil, səhiyyə sahələrini əhatə edən böyük unikal xəritələr toplusundan ibarətdir.

 

Qeyd edək ki, 2011-ci il aprelin 20-də Prezident İlham Əliyev Azərbaycanın milli atlasının tərtib olunması haqqında sərəncam imzalayıb.

 

Q.Məmmədov bildirib ki, bunun zəruruiliyi ondan ibarət idi ki, 2007-ci ildə ermənilər özlərinin milli atlasını çap ediblər və bu atlasda Azərbaycanın işğal olunmuş ərazilərini öz əraziləri kimi göstərirlər: “Bu, erməni saxtakarlığıdır. Bunları ifşa etmək üçün Azərbaycanın milli atlasının hazırlanması qərarına gəlinib”.

 

Artıq Azərbaycanın milli atlasının ilkin variantı hazırdır.

 

Trend.az