Azərbaycanın müdafiə naziri Serbiya prezidenti ilə görüşüb

Posted by

Azərbaycanın müdafiə naziri Serbiya prezidenti ilə görüşüb

 

Azərbaycanın müdafiə naziri Serbiya prezidenti ilə görüşüb

Azərbaycanın müdafiə naziri Serbiya prezidenti ilə görüşüb

 

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Serbiyaya rəsmi səfəri davam edir.

 

Azərbaycanın Serbiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan müdafiə naziri Zakir Həsənovu Serbiya prezidenti Tomislav Nikoliç qəbul edib.

 

Görüş zamanı Z.Həsənov rəsmi səfərinin uğurla keçdiyini vurğulayaraq, dövlət başçılarının səyləri nəticəsində ikitərəfli əlaqələrin sürətlə inkişaf etdiyini, strateji tərəfdaşlıq səviyyəsinə çatmasından məmnunluğunu və bu səfərin müdafiə sahəsində əməkdaşlığa mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

 

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Serbiyanın müdafiə sənayesi müəssisələrində olub.

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Serbiyadakı səfirliyini də ziyarət edib.

 

Apa.az