Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcəkdir
İyulun 4-də Qazaxıstanın paytaxtı Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcəkdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov iclasda iştirak edəcəkdir.
AzərTac.az