Azərbaycanın müdafiə naziri Litvanın Baş naziri ilə görüşüb

Posted by

Azərbaycanın müdafiə naziri Litvanın Baş naziri ilə görüşübAzərbaycanın müdafiə naziri Litvanın Baş naziri ilə görüşüb

Azərbaycanın müdafiə naziri Litvanın Baş naziri ilə görüşüb

İyulun 2-də Litva Respublikasında səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov 1991-ci ildə Litvanın müstəqilliyi uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış Müstəqillik abidəsini ziyarət edərək önünə əklil qoyub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənov Litvanın Baş naziri Algirdas Butkeviçius ilə görüşüb.

 

Görüşdə hər iki ölkə arasında əlaqələrin bütün istiqamətlər üzrə müvəffəqiyyətlə inkişaf etdiyi vurğulanıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib.

 

İkitərəfli əməkdaşlıq sahəsində yaxşı təcrübənin mövcudluğunu qeyd edən müdafiə naziri qarşılıqlı əlaqələrin genişləndirilməsinin ölkələrimiz üçün faydalı olduğunu vurğulayıb.

 

Müdafiə naziri deyib: “Biz əminik ki, ölkələrimiz arasında məsləhətləşmələrin aparılması və əməkdaşlığın genişləndirilməsi Avrasiya məkanında sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə öz töhfəsini verəcək”.

 

Tərəflər beynəlxalq terrorizm, ekstremizmin bütün növləri, təcavüzkar separatizm və beynəlxalq təhlükəsizliyə, sabitliyə təhlükə törədən digər bu kimi təhdidləri pisləyib, onlara qarşı mübarizədə beynəlxalq səylərin artırılmasının zəruriliyini qeyd ediblər.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

AzərTac.az