Azərbaycanın müdafiə naziri iranlı həmkarı ilə görüşmüşdür
Azərbaycanın müdafiə naziri Zakir Həsənov beynəlxalq təhlükəsizlik üzrə III Moskva konfransı çərçivəsində iranlı həmkarı Hüseyn Dehqan ilə görüşmüşdür.
Z.Həsənov qeyd etmişdir ki, cari ilin aprelində İrana səfərini məmnunluq hissi ilə xatırlayır. O bildirmişdir ki, İran ilə Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədə müvəffəqiyyətlə inkişaf edir. Tərəflər hərbi sahədə əməkdaşlığı inkişaf etdirəcək və möhkəmləndirəcəklər.
İranın müdafiə naziri Hüseyn Dehqan öz növbəsində həmkarına təşəkkür etmiş və ölkəsinin Azərbaycan ilə əməkdaşlığa hazır olduğunu bildirmişdir.
Sonra görüş bağlı qapı arxasında davam etdirilmişdir.
AzərTac.az