Azərbaycanın Kiyevdəki səfirliyi itkin düşən diaspor üzvləri ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə və Ukrayna XİN-ə müraciət edib

Posted by

Azərbaycanın Kiyevdəki səfirliyi itkin düşən diaspor üzvləri ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə və Ukrayna XİN-ə müraciət edibAzərbaycanın Kiyevdəki səfirliyi itkin düşən diaspor üzvləri ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə və Ukrayna XİN-ə müraciət edib

Azərbaycanın Kiyevdəki səfirliyi itkin düşən diaspor üzvləri ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə və Ukrayna XİN-ə müraciət edib

Azərbaycanın Ukraynadakı səfirliyi Beynəlxalq Qızıl Xaç Komitəsinin Kiyevdəki nümayəndəliyinə və bu ölkənin Xarici İşlər Nazirliyinə itkin düşən azərbaycanlılarla bağlı müraciət edib.

 

Bu barədə APA-ya Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov məlumat verib. O bildirib ki, ötən həftə sonu edilən müraciət iyul ayından itkin düşən Azərbaycan diasporunun iki üzvü – iş adamları Cahangir Əliyev və İkram Ədilovla bağlıdır: “Biz müraciətdə bu iki tanınmış şəxsin tezliklə tapılmasını istəmişik”.

 

İ.Ədilovun əmisi oğlu Rasim Ədilov isə APA-ya bildirib ki, ailələrinə itkin düşənlərin Ukrayna Milli Qvardiyası tərəfindən tapıldığı və hazırda onların nəzarətində olduqları bildirilsə də, hələlik əlaqə yarada bilmirlər. O, azərbaycanlı iş adamlarının hazırda Luqansk vilayəti ərazisində olduğunu təxmin etdiklərini söyləyib.

 

Qeyd edək ki, hər iki iş adamı iyulun 30-da biznesləri ilə əlaqədar Ukraynanın Rusiya ilə həmsərhəd Krasnodon şəhərinə gediblər və həmin ərazi bombalandıqdan sonra onlarla əlaqə itib. Ukrayna vətəndaşları olan 1964-cü il təvəllüdlü Cahangir Əliyev Azərbaycanın Astara, 1974-cü il təvəllüdlü İkram Ədilov isə Tərtər rayonundandır.

 

Apa/az