Azərbaycanın Kambocadakı səfiri etimadnaməsini bu ölkənin Kralına təqdim etmişdir

Posted by

Azərbaycanın Kambocadakı səfiri etimadnaməsini bu ölkənin Kralına təqdim etmişdir

Azərbaycanın Kambocadakı səfiri etimadnaməsini bu ölkənin Kralına təqdim etmişdir

Azərbaycanın Kambocadakı səfiri etimadnaməsini bu ölkənin Kralına təqdim etmişdir

Azərbaycan Respublikasının Kamboca Krallığındakı səfiri Anar İmanov etimadnaməsini bu ölkənin Kralı Norodom Sihamoniyə təqdim etmişdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilmişdir ki, A.İmanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Kamboca Kralına çatdırmışdır. Səfir ölkəmizin Kamboca ilə münasibətlərin inkişafına önəm verdiyini bildirmiş, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün potensialın olduğunu söyləmişdir. Diplomat bu əlaqələrin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırmışdır.

Kamboca Kralı Norodom Sihamoni Prezident İlham Əliyevin salamlarına və xoş arzularına görə təşəkkürünü bildirmiş, onun da salamlarının və xoş arzularının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş etmişdir. O, Anar İmanovu Azərbaycanın Kambocadakı səfiri təyin olunması münasibətilə təbrik etmiş və ona fəaliyyətində uğurlar arzulamışdır.

Kral Norodom Sihamoni ölkəsinin Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu bildirmişdir.

Daha sonra səfir Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasət haqqında məlumat vermiş və münaqişə ilə əlaqədar beynəlxalq təşkilatlarda Kambocanın Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünü ifadə etmişdir. Anar İmanov, həmçinin Azərbaycanın sosial-iqtisadi inkişafından söhbət açmış, ölkəmizin iştirakı ilə regionda həyata keçirilən infrastruktur layihələri, enerji sahəsində qazanılmış nailiyyətlər və qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülmüş işlər barədə məlumat vermişdir.

 

AzərTac.az