Azərbaycanın ikinci peyk proqramı üzrə konsultant məlum olub
ABŞ-ın “Global Recourses Inc.” konsaltinq şirkəti Azərbaycanın “Azerspace-2” telekommunikasiya peykinin orbitə buraxılması layihəsinin texniki-iqtisadi əsaslandırılmasını (TİƏ) hazırlamağa başlayacaq. Bunu çərşənbə günü Trend-ə “Azərkosmos” ASC-dən deyiblər.
Ötən il avqustun 28-də “Azərkosmos” ASC və ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında imzalanmış qrant sazişində nəzərdə tutulmuş prosedurlar yekunlaşdıqdan sonra işlərə başlanılacaq.
USTDA TİƏ-nin hazırlanması məqsədi ilə 500 min dollar həcmində qrant ayırıb.
TİƏ çərçivəsində “Azerspace-2” peykinin tikintisi üçün iqtisadi, texniki və maliyyə imkanları, peykin buraxılması və orbitdə istismarı, layihənin maliyyələşdirilməsi məsələləri və digər aspektlər müəyyənləşdiriləcək.
TİƏ-nin 2014-cü il iyunun 30-dək hazırlanacağı gözlənilir.
“Azerspace-2” peykinin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır.
Trend.az