Azərbaycanın görkəmli alimi Məczub Təbrizinin anadilli divanı ilk çap edilib

Posted by

Azərbaycanın görkəmli alimi Məczub Təbrizinin anadilli divanı ilk çap edilib

Səfəvilər dövründə yaşamış görkəmli Azərbaycan alimi və şairi Məczub Təbrizinin anadilli divanı ilk dəfə olaraq çap edilib. Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutundan Trend-ə verilən məlumata görə, kitabı filologiya elmləri doktoru Paşa Kərimov və filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi nəşrə hazırlayıb.

Kitab “Elm və təhsil” nəşriyyatında çap edilib.

Məhəmmədəli Hüseyni və Paşa Kərimov kitaba yazdıqları ön sözdə Məczub Təbrizinin əlyazmaları Leyden Universiteti Kitabxanası və Qahirə Milli Kitabxanasında saxlanan divanı, elm və anadilli poeziyamızın inkişafındakı xidmətləri barədə məlumat veriblər.

 

Trend.az