Azərbaycanın fövqəladə hallar naziri İstanbulda keçirilən beynəlxalq müdafiə sənayesi sərgisi ilə tanış olub

Posted by

Azərbaycanın fövqəladə hallar naziri İstanbulda keçirilən beynəlxalq müdafiə sənayesi sərgisi ilə tanış olub Azərbaycanın fövqəladə hallar naziri İstanbulda keçirilən beynəlxalq müdafiə sənayesi sərgisi ilə tanış olub

Azərbaycanın fövqəladə hallar naziri İstanbulda keçirilən beynəlxalq müdafiə sənayesi sərgisi ilə tanış olub

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi nazirliyin nümayəndə heyəti Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın dəvəti ilə keçirilən “İDEF-2015” adlı 12-ci beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etmək üçün mayın 4-5-də İstanbulda səfərdə olub.

 

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, səfər zamanı nümayəndə heyəti sərginin pavilyonlarına baxış keçirib, nümayiş olunan texnika və avadanlıqlarla, habelə müxtəlif təqdimatlarla yaxından tanış olub, nazirliyin maddi-texniki bazasının daha da gücləndirilməsi üçün fövqəladə halların idarə olunması və mülki müdafiə sahəsində ən müasir avadanlıqların istehsalı ilə məşğul olan bir sıra xarici şirkətlərlə danışıqlar aparılıb.

 

Apa.az